Ucnoqta.az
www.ucnoqta.az

Dəməşqdə terror aktı nəticəsində İran səfirliyinin əməkdaşı həlak olub

14:08 - 21 Dekabr 2024 tarixində dərc olunub.

İranın Dəməşqdəki səfirliyinin texniki əməkdaşı dekabrın 15-də onun maşınına terrorçuların hücumu nəticəsində həlak olub.

Ucnoqta.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqayi deyib.

Məlumata görə, dekabrın 15-də terrorçular İranın Dəməşqdəki səfirliyinin əməkdaşı Seyid Davud Bitərəfinin avtomobilini atəşə tutub.
Nəticədə o, həlak olub.

Müəllif: Ucnoqta.az redaksiyası