Ucnoqta.az
www.ucnoqta.az

Beş rayonda xəbərdarlıq edildi - Dekabrın 21-də ...

17:02 - 20 Dekabr 2024 tarixində dərc olunub.

Azərbaycanın bəzi bölgələrində dekabrın 21-22-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

Bu barədə Ucnoqta.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilir ki, Qobustan, Şabran, Xızı, Siyəzən, Xaçmazda sarı xəbərdarlığa uyğun olaraq fasilələrlə qərb küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Müəllif: Ucnoqta.az redaksiyası