Ucnoqta.az
www.ucnoqta.az

AFFA bu klubu çempionatdan kənarlaşdırdı

15:57 - 20 Dekabr 2024 tarixində dərc olunub.

AFFA İntizam Komitəsi "Karvan"ı çempionatdan kənarlaşdırıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar verilib.

AFFA U-10 Liqasında keçirilməli olan "Karvan" - "Laçın" oyunu Yevlax təmsilçisinin təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmayıb.

Bu səbəbdən "Karvan"a 0:3 hesablı texniki məğlubiyyət verilib. Bu hal üçüncü dəfə təkrarlandığına görə komanda çempionatdan kənarlaşdırılıb.

Qeyd edək ki, AFFA 10 kluba isə texniki məğlubiyyət verib.

Müəllif: Ucnoqta.az redaksiyası