Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanın Xalq rəssamı vəfat edib

09:09 - 20 Dekabr 2024 tarixində dərc olunub.

Azərbaycanın Xalq rəssamı, Bakı şəhərinin ilk baş rəssamı olmuş Tofiq Ağababayev 97 yaşında vəfat edib.

Bu barədə APA-ya “Xəzər” Muzey Mərkəzinin təsisçisi Siyavuş Əlizadə məlumat verib.

Mərhum rəssamla bu gün 14:00-da Təzə Pir məscidində vida mərasimi keçiriləcək.

Müəllif: Ucnoqta.az redaksiyası