Ucnoqta.az
www.ucnoqta.az

Avtomobil piyada keçidində qadını vurub

07:23 - 20 Dekabr 2024 tarixində dərc olunub.

Bakının Xətai rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə Əhmədli qəsəbəsində qeydə alınıb.

1991-ci il təvəllüdlü İsmayılova Günel Firuz qızı piyada keçidindən keçərkən onu minik avtomobili vurub.

Xəsarət alan İsmayılova xəstəxanaya yerləşdirilib.

Həkimlər onun vəziyyətini orta ağır olaraq qiymətləndirir.

Sürücü məsuliyyətə cəlb edilib.

Müəllif: Ucnoqta.az redaksiyası