Ucnoqta.az
www.ucnoqta.az

Blinken Trampın dövlət katibi vəzifəsinə namizədi Rubio ilə görüşüb

00:11 - 19 Dekabr 2024 tarixində dərc olunub.

ABŞ-ın dövlət katibi Entoni Blinken özünün gələcək varisi, namizədliyi daha əvvəl bu vəzifəyə seçilmiş prezident Donald Tramp tərəfindən irəli sürülən senator Marko Rubio (Florida ştatından respublikaçı) ilə görüşüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəis müavini Vedant Patel brifinqdə bildirib.

“Katib Blinkenin bu səhər senator Rubio ilə görüşmək imkanı olub. Bu, yaxşı, konstruktiv və hərtərəfli söhbət oldu”, - deyə Dövlət Departamentinin sözçüsü söhbətin təfərrüatlarını açıqlamaqdan imtina edib.

Müəllif: Ucnoqta.az redaksiyası