Ucnoqta.az
www.ucnoqta.az

Ötən gün 11 kiloqramdan artıq narkotik aşkarlanıb

10:49 - 18 Dekabr 2024 tarixində dərc olunub.

Dekabrın 17-də polis əməkdaşları narkotik vasitələrin aşkar edilməsi üçün əməliyyat keçiriblər.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 11 kiloqramdan artıq narkotik vasitə, həmçinin 304 ədəd metadon həbi aşkar edilərək götürülüb.

Bildirilir ki, bu sahədə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Müəllif: Ucnoqta.az redaksiyası