Ucnoqta.az
www.ucnoqta.az

Şabranda iki narkokuryer saxlanılıb

09:18 - 18 Dekabr 2024 tarixində dərc olunub.

Şabranda narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən iki nəfər saxlanılıb

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə Şabran Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbir keçiriblər.

Keçirilən tədbirlərlə əvvəllər məhkum olunmuş Nicat Quliyev və G.Teymurova saxlanılıblar. Həmin şəxslərdən 2 kiloqrama yaxın marixuana və heroin aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb və hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Müəllif: Ucnoqta.az redaksiyası