Ucnoqta.az
www.ucnoqta.az

Üzərinə darvaza aşan Ağsu sakini ölüb

17:05 - 17 Dekabr 2024 tarixində dərc olunub.

Ağsu rayonunda bədbəxt hadisə baş verib.

"Report" xəbər verir ki, 1971-ci il təvəllüdlü rayon sakini Kərimov Nazim Lazım oğlunun üzərinə darvaza aşıb.

O, hadisə yerində ölüb.

İlkin məlumata görə, darvazanın aşmasına səbəb küləkli hava şəraiti olub.

Fakt araşdırılır.

Müəllif: Ucnoqta.az redaksiyası