Ucnoqta.az
www.ucnoqta.az

İsrail Qəzzaya zərbə endirib - ölənlər var

09:16 - 17 Dekabr 2024 tarixində dərc olunub.

İsrailin Qəzza şəhərinin mərkəzindəki Fələstin meydanına endirdiyi zərbə nəticəsində 8 nəfər həlak olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Məlumata görə, yaşayış binasına hücum edilib.

Əl-Cəzirə qeyd edir ki, Fələstin-İsrail münaqişəsinin gərginləşməsinin əvvəlindən Qəzza zolağında ölənlərin ümumi sayı 45 mini keçib.

Müəllif: Ucnoqta.az redaksiyası