Ucnoqta.az
www.ucnoqta.az

Husilər hipersəs raketi ilə Tel-Əviv yaxınlığındakı hədəfi vurub

22:17 - 16 Dekabr 2024 tarixində dərc olunub.

Yəmənin husiləri (Ənsar Allah hərəkatı) Təl-Əviv yaxınlığındakı hərbi obyektə hipersəs ballistik raketlə hücum edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə qiyamçıların yaratdığı silahlı qüvvələrin nümayəndəsi Yəhya Sariya bildirib.

“Yəmən silahlı qüvvələrinin raket qüvvələri işğal altındakı Yaffa bölgəsində Fələstin-2 hipersonik ballistik raketi ilə işğal olunmuş Yaffa bölgəsində İsrailin düşmən hərbi obyektinə hücum edərək hərbi əməliyyat keçirib. Əməliyyat öz məqsədlərinə çatıb”, - hərəkatın sözçüsü Husilərə məxsus “Al Masirah” telekanalında bildirib.

Müəllif: Ucnoqta.az redaksiyası