Ucnoqta.az
www.ucnoqta.az

Keçmiş deputatın qohumu vəzifəsindən azad olundu

12:07 - 16 Dekabr 2024 tarixində dərc olunub.

Sabiq deputat Fərhad Qəribovun qardaşı oğlu, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) katibi – maliyyə şöbəsinin müdiri Qalib Qəribov vəzifəsindən azad edilib.

Ucnoqta.az pravda.az-a istinadla xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.

Q.Qəribov əsas şöbələrdən birinin müdiri kimi keçmiş sədr Səttar Möhbalıyevin "sağ əli" hesab olunurdu. 

Müəllif: Ucnoqta.az redaksiyası