Ucnoqta.az
www.ucnoqta.az

Sumqayıtda 24 yaşlı qadın həyat yoldaşını bıçaqlayıb

08:36 - 16 Dekabr 2024 tarixində dərc olunub.

Sumqayıtda 24 yaşlı qadın həyat yoldaşını bıçaqlayıb.

“Report” verir ki, hadisə şəhərin 11-ci mikrorayon ərazisində qeydə alınıb.

2000-ci il təvəllüdlü Nərmin Quliyeva ailə münaqişəsi zəminində həyat yoldaşı, 1988-ci il təvəllüdlü Elvin Quliyeva bıçaqla xəsarət yetirib.

Yaralı dərhal xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası