Ucnoqta.az
www.ucnoqta.az

Dekabrın 16-da Rusiyaya qarşı 15-ci sanksiyalar paketini təsdiqlənəcək

17:57 - 13 Dekabr 2024 tarixində dərc olunub.

Aİ-nin 27 ölkəsinin xarici işlər nazirləri dekabrın 16-da keçiriləcək iclasda Ukrayna münaqişəsinə görə Rusiyaya qarşı sanksiyaların 15-ci paketini, eləcə də Moskvanın iddia edilən “hibrid hərəkətləri” üçün yeni tədbirləri təsdiq edəcəklər.

Ucnoqta.az xəbər verir ki, bu barədə Brüsseldə jurnalistlərə Aİ-nin yüksək səviyyəli nümayəndəsi bildirib.

“Ümid edirəm ki, biz Rusiyaya qarşı 15-ci sanksiyalar paketini və hibrid hərəkətlər üçün yeni qara siyahını təsdiq edəcəyik” - nümayəndə  deyib.

Müəllif: Ucnoqta.az redaksiyası