Ucnoqta.az
www.ucnoqta.az

Konstruksiya dəyişikliyi etdiyi maşını paylaşan sürücü həbs edilib

12:24 - 13 Dekabr 2024 tarixində dərc olunub.

Bakıda konstruksiya dəyişikliyi edilmiş dövlət qeydiyyat nişanı olmayan avtomobili idarə edərək sosial şəbəkədə paylaşan sürücü müəyyən olunub.

Ucnoqta.az DİN-ə istinadla xəbər verir ki, Binəqədidə “VAZ- 2107” markalı maşının sürücüsü V.Güləliyev saxlanılıb.

Onun barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib, məhkəmənin qərarı ilə 30 sutka inzibati qaydada həbs edilib.

Müəllif: Ucnoqta.az redaksiyası