Ucnoqta.az
www.ucnoqta.az

İsrail Livanın cənubuna zərbə endirib

20:09 - 12 Dekabr 2024 tarixində dərc olunub.

İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatının Livanın cənubundakı Əl-Xiyam kəndinə hücumu nəticəsində bir neçə nəfər yaralanıb.

Ucnoqta.az-ın məlumatına görə, bu barədə Al Jadeed telekanalı məlumat verib. Həlak olanların "Hizbullah" yaraqlıları deyil, mülki şəxslər olduğu bildirilir.

Müəllif: Ucnoqta.az redaksiyası