Ucnoqta.az
www.ucnoqta.az

AFFA "Qarabağ"ın baş məşqçisini 5 oyunluq cəzalandırdı

14:50 - 12 Dekabr 2024 tarixində dərc olunub.

"Qarabağ"ın U-17 komandasının baş məşqçisi Rəşad Sadiqov 5 oyunluq cəzalanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.

Mütəxəssis U-17 Liqasında "Sabah"la matçın 57-ci dəqiqəsində hakimləri və federasiyanı təhqir etdiyi üçün qırmızı vərəqə alıb.

Müəllif: Ucnoqta.az redaksiyası