Ucnoqta.az
www.ucnoqta.az

Baş nazir Novruz, Ramazan və Qurban bayramları ilə bağlı QƏRAR VERDİ

12:05 - 11 Dekabr 2024 tarixində dərc olunub.

Gələn il üçün Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, 2025-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı, martın 30, 31-i Ramazan bayramı, iyunun 6, 7-si Qurban bayramı günləri müəyyən edilib.

Həmin günlər iş günü hesab edilmir.

Müəllif: Ucnoqta.az redaksiyası