Ucnoqta.az
www.ucnoqta.az

Rusiyanın İtkiləri açıqlanıb - SİYAHI

10:58 - 11 Dekabr 2024 tarixində dərc olunub.

Ötən sutka ərzində Rusiya düşməni Ukraynadakı müharibədə ən azı 1400 əsgərini itirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Düşmən 1400 əsgərini, 2 tankını, 20 zirehli texnikasını və digər texnikasını itirib, ümumi şəxsi itkisi 757340 nəfərə çatıb.

24.02.22-dən 11.12.24-dək düşmənin ümumi döyüş itkiləri təxminən:

- şəxsi heyət - təxminən 757.340 (+1.400) nəfər,

- tanklar ‒ 9526 (+2) ədəd,

- zirehli döyüş maşınları - 19,616 (+20) ədəd,

Həmçinin: artilleriya sistemləri – 21,067 (+3), zenit raketləri – 1,253 (+0), hava hücumundan müdafiə vasitələri – 1,023 (+0), təyyarələr – 369 (+0), helikopterlər – 329 (+0), əməliyyat-taktiki PUA-lar – 20111 (+4), qanadlı raketlər ‒ 2859 (+0), gəmilər/qayıqlar ‒ 28 (+0), sualtı qayıqlar ‒ 1 (+0), avtomobil texnikası və sisternlər - 31073 (+36), xüsusi texnika - 3641 (+4).

Müəllif: Ucnoqta.az redaksiyası