Ucnoqta.az
www.ucnoqta.az

Messi Bakıda - FOTO

08:15 - 11 Dekabr 2024 tarixində dərc olunub.

Dünya futbolunun əfsanəsi Lionel Messi və komanda yoldaşları Bakıya gəliblər.

Ucnoqta.az Report-a istinadən xəbər verir ki, idmançılar daşıyan təyyarə Heydər Əliyev Aeroportuna eniş edib.
Hava limanında onları iş adamı Adnan Əhmədzadə qarşılayıb.

Qeyd edək ki, ABŞ-nin “İnter Mayami” klubunun futbolçuları – Lionel Messi, Luis Suares, Serxio Buskets və Xordi Alba dekabrın 11-də Bakı Kristal Zalında baş tutacaq görüşdə iştirak edəcəklər.

Müəllif: Ucnoqta.az redaksiyası