Ucnoqta.az
www.ucnoqta.az

Bakıda qonşular arasında dava: ata və oğlu bıçaqlanıb

07:43 - 11 Dekabr 2024 tarixində dərc olunub.

Bakının Xətai rayonunda dava zamanı üç nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə Əliağa Şıxlınski küçəsində qeydə alınıb.

Belə ki, 1972-ci il təvəllüdlü Kamil Bağırov və oğlu 2004-cü il təvəllüdlü Cavid Bağırov qonşuluqda yaşayan şəxslə dava zamanı bıçaqlanıb.

2003-cü il təvəllüdlü Qabil Mehdiyev isə dava zamanı başından xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktı Xətai Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

Müəllif: Ucnoqta.az redaksiyası