Ucnoqta.az
www.ucnoqta.az

Medvedev Çinə getdi

23:06 - 10 Dekabr 2024 tarixində dərc olunub.

Rusiya Federasiyası Təhlükəsizlik Şurası sədrinin müavini, “Vahid Rusiya” partiyasının sədri Dmitri Medvedev iki günlük işgüzar səfərlə Pekinə gəlib.

Ucnoqta.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilir ki, burada onun yüksək səviyyəli Çin liderləri ilə görüşü nəzərdə tutulub.
Medvedev Çin Kommunist Partiyasının Tarix Muzeyinə də baş çəkəcək və Xalq Qəhrəmanlarının (XIX-XX əsrlərdə Çin xalqının inqilabi mübarizəsində həlak olanların xatirəsinə ucaldılmış) abidəsi önünə əklil qoyacaq.

Müəllif: Ucnoqta.az redaksiyası