Ucnoqta.az
www.ucnoqta.az

Türkiyə Dəməşqdə səfirlik açmaq üçün işlərə başlayıb

16:01 - 10 Dekabr 2024 tarixində dərc olunub.

Türkiyə Dəməşqdə səfirlik açmaq üçün hazırlıq işlərinə başlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan məlumat verib.

"Şərtlər imkan verən kimi, Dəməşqdəki səfirlik yenidən açıla bilər" - Fidan deyib.

Xatırladaq ki, iki ölkə arasında diplomatik əlaqələr 2012-ci ildə kəsilib.

Müəllif: Ucnoqta.az redaksiyası