Ucnoqta.az
www.ucnoqta.az

Bakıda bank kartından 6 min manat oğurlandı

15:15 - 10 Dekabr 2024 tarixində dərc olunub.

Bakının Səbail rayonu ərazisində bir nəfərin bank kartından 6000 manatının oğurlanması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 44 yaşlı Z.Məmmədov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası