Ucnoqta.az
www.ucnoqta.az

Tovuzda azyaşlı yıxılaraq ÖLDÜ

12:20 - 10 Dekabr 2024 tarixində dərc olunub.

Tovuzda 2 yaşlı uşaq yıxılaraq ölüb.

Məlumata görə, hadisə rayonun Düz Cırdaxan kəndində qeydə alınıb.

2022-ci il təvəllüdlü Z.M. yaşadıqları evin pilləkənindən yıxılıb. 2 yaşlı uşaq xəstəxanaya aparılarkən yolda keçinib.

Faktla bağlı Tovuz rayon prokurorluğunda araşdırma aparılır.///Apa

Müəllif: Ucnoqta.az redaksiyası