Ucnoqta.az
www.ucnoqta.az

El Salvadorda 5,6 bal gücündə zəlzələ baş verib

08:22 - 9 Dekabr 2024 tarixində dərc olunub.

El Salvadorun cənub-şərqindəki Konçaqua bölgəsində 5,6 bal gücündə zəlzələ baş verib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların ocağı 15 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Müəllif: Ucnoqta.az redaksiyası