Ucnoqta.az
www.ucnoqta.az

Ölkəyə qanunsuz valyuta gətirən şəxs saxlanılıb

19:19 - 6 Dekabr 2024 tarixində dərc olunub.

Vətəndaş Ramin Cəbrayılzadə ölkəyə qeyri-qanuni xarici valyuta gətirməsi ilə əlaqədar daxil olan məlumat əsasında polis tərəfindən saxlanılıb.

Bu barədə APA-nın sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, məlumat təsdiqini tapıb və əlavə araşdırmalar aparılır. Bir neçə şəxs araşdırma çərçivəsində saxlanılıb.

Əlavə məlumat veriləcək.

Müəllif: Ucnoqta.az redaksiyası