Ucnoqta.az
www.ucnoqta.az

Sabirabadda avtomobil piyadanı vuraraq öldürdü

18:26 - 5 Dekabr 2024 tarixində dərc olunub.

Sabirabad şəhərində avtomobil piyadanı vurub.

APA-nın məlumatına görə, Saatlı sakini Elşad Əliyevin idarə etdiyi “VAZ 2107” markalı avtomobil Sabirabad sakini, 1974-cü il təvəllüdlü Səfərov Zaur Adil oğlunu vurib. Ağır xəsarətlər alan piyada Sabirabad xəstəxanasında ölüb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası