Ucnoqta.az
www.ucnoqta.az

KTMT təlimləri Belarus, Qazaxıstan, Tacikistan və Qırğızıstanda keçiriləcək

12:39 - 4 Dekabr 2024 tarixində dərc olunub.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) 2025-ci ildə təlimləri Belarus, Qazaxıstan, Tacikistan və Qırğızıstanda keçiriləcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə KTMT-nin baş katibi İmanqali Tasmaqambetov mətbuat konfransında bildirib.

“Hər il biz operativ döyüş hazırlığı planı qəbul edirik, ona uyğun olaraq müxtəlif mövzular və istiqamətlər üzrə təlimlər keçirilir. 2025-ci il üçün operativ döyüş hazırlığı planı da qəbul edilib. Təlimlərimiz Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistanda keçiriləcək” - KTMT-nin baş katibi qeyd edib.

Müəllif: Ucnoqta.az redaksiyası