Ucnoqta.az
www.ucnoqta.az

Müxalifətin dördüncü inqilab cəhdi uğursuzluqla nəticələnib - Kobaxidze

14:47 - 3 Dekabr 2024 tarixində dərc olunub.

Müxalifətin dördüncü inqilab cəhdi uğursuzluqla nəticələnib

Ucnoqta.az xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze brifinqdə deyib.

“Bu dörd il ərzində biz dörd inqilab cəhdindən keçdik - bu, 2022-ci ilin iyununda bizə namizəd statusu verilmədiyi bir vaxtda milli maydan təşkil etmək üçün bir faktdır. Aİ-yə üzvlük və xaricdən maliyyələşən QHT-lər siyasi səhnəyə çıxaraq hökumətin istefasını və özlərinin hakimiyyətə gəlməsini tələb edirdilər.
2023-cü ilin yazında milli maydana ikinci cəhd oldu, 2024-cü ilin yazında üçüncü cəhd oldu və indi biz milli maydan təşkil etmək üçün dördüncü uğursuz cəhdin şahidi olduq”, - Kobaxidze bildirib.

Müəllif: Ucnoqta.az redaksiyası