Ucnoqta.az
www.ucnoqta.az

91 yaşlı qadın 9-cu mərtəbədən yıxılaraq ölüb

14:15 - 3 Dekabr 2024 tarixində dərc olunub.

Sumqayıtda hündürlükdən yıxılan 91 yaşlı qadın ölüb.

Ucnoqta.az xəbər verir ki, hadisə 9-cu mikrorayonda qeydə alınıb.

1933-cü il təvəllüdlü Tamella Hüseyn qızı Mehdizadə yaşadığı binanın 9-cu mərtəbəsindən yerə yıxılıb. O, hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır.///apa

Müəllif: Ucnoqta.az redaksiyası