Ucnoqta.az
www.ucnoqta.az

Berlin məktəbində gözyaşardıcı qazdan 44 uşaq xəsarət alıb

16:24 - 2 Dekabr 2024 tarixində dərc olunub.

 Berlində ibtidai məktəbə naməlum şəxs gözyaşardıcı qaz vurub, nəticədə 44 uşaq xəsarət alıb.

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə şəhərin xilasetmə xidməti məlumat yayıb.

Zərərçəkənlər gözlərin və tənəffüs yollarının qıcıqlanmasından şikayət ediblər.  22 uşaq xəstəxanaya yerləşdirilib.

Onlardan birinin vəziyyəti ağır qiymətləndirilir. Polis araşdırmalara başlayıb.

Müəllif: Ucnoqta.az redaksiyası