Ucnoqta.az
www.ucnoqta.az

Suriya qırıcıları Hələbdə silahlılara zərbələr endirib

13:50 - 2 Dekabr 2024 tarixində dərc olunub.

Suriya Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Rusiya Aerokosmik Qüvvələrinin dəstəyi ilə Hələbin cənub-şərqindəki Es-Safira kəndinin kənarında terrorçuların cəmləşdiyi ərazilərə zərbələr endirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Suriya Müdafiə Nazirliyinin Facebook səhifəsində dərc olunmuş məlumatda deyilir.

Açıqlamaya görə, zərbələr nəticəsində onlarla terrorçu öldürülüb və yaralanıb.

Müəllif: Ucnoqta.az redaksiyası