Ucnoqta.az
www.ucnoqta.az

Sumqayıtda evdə çürümüş meyit tapılıb

19:09 - 29 Noyabr 2024 tarixində dərc olunub.

Sumqayıtda evdən çürümüş meyit tapılıb.

Hadisə Corat bağlarında fərdi yaşayış evlərindən birində qeydə alınıb.

1972-ci il təvəllüdlü Mahmud İsmayılovun meyiti yaşadığı evdə aşkarlanıb.

Evdə tək yaşayan şəxsin meyitini qonşular taparaq aidiyyəti üzrə məlumat veriblər.

Fakt araşdırılır.///APA

Müəllif: Ucnoqta.az redaksiyası