Ucnoqta.az
www.ucnoqta.az

Tbilisidə etirazlar zamanı 32 polis yaralanıb

09:44 - 29 Noyabr 2024 tarixində dərc olunub.

Tbilisidə parlament binası yaxınlığında keçirilən mitinqlərdə Daxili İşlər Nazirliyinin 32 əməkdaşı yaralanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Gürcüstan  Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, hökumət əleyhinə aksiyanın dağıdılması zamanı 43 nümayişçi saxlanılıb.

Müəllif: Ucnoqta.az redaksiyası