Ucnoqta.az
www.ucnoqta.az

Tbilisidə etirazçılarla polis arasında toqquşma baş verib

00:03 - 29 Noyabr 2024 tarixində dərc olunub.

 Tbilisidə parlament binası yaxınlığında nümayişçilərlə polis arasında toqquşmalar başlayıb.

Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, qanunvericilik binasının hər iki tərəfində hüquq-mühafizə orqanlarının əməkdaşları ilə münaqişə baş verir.
Polis parlamentin xidməti girişlərinə keçmək istəyən etirazçıları sıxışdırıb çıxarmağa çalışır. Hüquq-mühafizə orqanlarının əməkdaşları bibər qazından istifadə etməyə məcburdurlar. 

Etirazçılara Gürcüstan prezidenti Salome Zurabişvili də qoşulub. O, hakimiyyəti təkrar parlament seçkiləri keçirməyə çağırıb.

Müəllif: Ucnoqta.az redaksiyası