Ucnoqta.az
www.ucnoqta.az

Vətəndaşlardan qanunsuz saxladıqları odlu silahlar götürülüb

12:15 - 27 Noyabr 2024 tarixində dərc olunub.

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eləcə də könüllü təhvil verilməsi məqsədilə əməliyyat-axtarış və profilaktiki tədbirlər həyata keçiriblər.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şəki regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, əməliyyat yolu ilə rayon sakinlərindən 7 ədəd tüfəng aşkarlanıb.

Aparılan profilaktik tədbirlər nəticəsində isə 5 ədəd sənədləri olmayan tüfəngi vətəndaşlar könüllü olaraq polisə təhvil veriblər.

Müəllif: Ucnoqta.az redaksiyası