Ucnoqta.az
www.ucnoqta.az

İsrailin Qəzzaya endirdiyi zərbə nəticəsində 15 fələstinli həlak olub

20:16 - 26 Noyabr 2024 tarixində dərc olunub.

İsrailin Qəzza şəhərinin cənubundakı Əz-Zeytun bölgəsində məktəb binasına endirdiyi zərbələr nəticəsində azı 15 nəfər həlak olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Əl-Cəzirə telekanalı məlumat yayıb.

Məlumata görə, atışma zamanı daha onlarla fələstinli müxtəlif dərəcəli xəsarət alıb.
Hücuma məruz qalan binada Qəzza zolağının digər bölgələrindən bombardmandan qaçan köçkünlərin yerləşdiyi iddia edilir.

Müəllif: Ucnoqta.az redaksiyası