Ucnoqta.az
www.ucnoqta.az

Sumqayıtda hamilə qadın qəfil öldü

10:06 - 25 Noyabr 2024 tarixində dərc olunub.

Sumqayıt sakini qəflətən vəfat edib.

Ucnoqta.az "qafqazinfo"ya istinadən xəbər verir ki, dünən axşam saatlarında şəhər sakini 1983-cü il təvəllüdlü X.Musayeva yaşadığı evdə qəfil ölüb.

Onun bir neçə aylıq hamilə olduğu bildirilib.

Ölümün dəqiq səbəbi hələlik məlum deyil.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası