Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanda zəlzələ oldu

12:35 - 23 Noyabr 2024 tarixində dərc olunub.

Noyabrın 23-də Laçın rayonu ərazisində zəlzələ olub.

Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosundan Ucnoqta.az-a verilən məlumata görə, yerli vaxtla saat 12:10-da qeydə alınan yeraltı təkanların maqnitudası 4,5-ə bərabər olub.

Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.

Zəlzələ Qarabağ və Şərqi Zəngəzurda hiss olunub.

Müəllif: Ucnoqta.az redaksiyası