Ucnoqta.az
www.ucnoqta.az

Lənkəranda ər arvadını bıçaqladı

11:51 - 22 Noyabr 2024 tarixində dərc olunub.

Lənkəranda ər və arvad arasında başlayan mübahisə qanla bitib.

Ucnoqta.az xəbər verir ki, 1973-cü il təvəllüdlü Sarvan Tahirov 1965-ci il təvəllüdlü arvadı Rəsmiyyə Hüsüynovanı bıçaqlayıb.

Hadisə qısqanclıq zəminində baş verib.

Sarvan Tahirov şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb.

Müəllif: Ucnoqta.az redaksiyası