Ucnoqta.az
www.ucnoqta.az

Kiyevdə partlayışlar baş verib

11:02 - 22 Noyabr 2024 tarixində dərc olunub.

Kiyevdə partlayış baş verib. 

Ucnoqta.az xəbər verir ki, bu barədə “Strana” nəşri məlumat yayıb.

Bundan əvvəl, günün əvvəlindən Kiyev vilayətində iki dəfə partlayış səsləri eşidilib.

Sumı şəhəri və Dnepropetrovsk vilayətində partlayışlar barədə məlumat yayılıb.

Hava hücumu xəbərdarlığı Jitomir, Kiyev, Poltava, Sumı, Xmelnitski, Çerkassı və Çerniqov vilayətlərində fəaliyyətini davam etdirir.

Müəllif: Ucnoqta.az redaksiyası