Ucnoqta.az
www.ucnoqta.az

Yeni Zelandiyada göy öskürək epidemiyası elan edilib

08:22 - 22 Noyabr 2024 tarixində dərc olunub.

 Yeni Zelandiyanın Səhiyyə Nazirliyi ölkədə göy öskürək epidemiyası elan edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə idarənin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Bildirilir ki, bir neçə həftədir ki, ölkə daxilində yoluxma hallarının sayı durmadan artır və indi milli epidemiya elan etmək üçün hədlərə çatan səviyyəyədədir.

Səhiyyə Nazirliyinin məlumatına görə, dörd həftə ərzində (2024-cü il oktyabrın 19-dan noyabrın 15-dək) ​​263 yeni göy öskürək infeksiyası qeydə alınıb ki, bu da 2024-cü il üçün ən yüksək göstəricidir.

Müəllif: Ucnoqta.az redaksiyası