Ucnoqta.az
www.ucnoqta.az

Pentaqon "Oreşnik"in buraxılışından az əvvəl bildiriş aldığını təsdiqləyib

00:00 - 22 Noyabr 2024 tarixində dərc olunub.

ABŞ Rusiyadan “Oreşnik” hipersəs raketinin buraxılışından az əvvəl bildiriş alıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə brifinqdə ABŞ Müdafiə Nazirliyinin mətbuat katibinin müavini Sabrina Sinq bildirib.

"Birləşmiş Ştatlara Nüvə Təhlükəsinin Azaldılması Kanalı vasitəsilə buraxılışdan qısa müddət əvvəl məlumat verilib" - Sinq deyib.

Müəllif: Ucnoqta.az redaksiyası