Ucnoqta.az
www.ucnoqta.az

Ukrayna dairəsində təmir başladı - FOTO

22:06 - 21 Noyabr 2024 tarixində dərc olunub.

Bakıda nəqliyyat vasitələrinin hərəkəti üçün ən çətin hesab olunan Ukrayna dairəsində təmir işlərinə başlanılıb.

Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, təmir nəticəsində burada turbo dipli dairəvi hərəkət sxemi təşkil olunacaq.

Turbo tipli dairəvi hərəkət sxeminə uyğun olaraq, mübahisəli nöqtələr minimuma endiriləcək və təhlükəsizlik təmin olunacaq. Bundan başqa, dairənin hərəkəti buraxma qabiliyyəti artırılacaq.

Müəllif: Ucnoqta.az redaksiyası