Ucnoqta.az
www.ucnoqta.az

Nazir direktoru işdən çıxardı - YENİ TƏYİNAT

10:33 - 21 Noyabr 2024 tarixində dərc olunub.

2 nömrəli klinik psixiatriya xəstəxanasının direktoru İlqar Əfəndiyev vəzifəsindən azad edilib.

Ucnoqta.az "Unikal"a istinadən məlumat verir ki, bununla bağlı səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.

Nazirin digər əmri ilə Leyla Bəşirova 2 nömrəli klinik psixiatriya xəstəxanasının direktoru vəzifəsinə təyin edilib.

Müəllif: Ucnoqta.az redaksiyası