Ucnoqta.az
www.ucnoqta.az

Ağdaşda avtomobil velosipedçini vurub öldürdü

10:08 - 21 Noyabr 2024 tarixində dərc olunub.

Ağdaşda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Ucnoqta.az xəbər verir ki, hadisə rayonun Dəhnəxəlil kəndində baş verib.

Seymur İsmayılov “Mercedes” markalı avtomobillə yolun əks hərəkət istiqamətində velosipedlə hərəkət edən Şəmsabad kənd sakini 1971-ci il təvəllüdlü Qalib Vahabovu vurub.

Ağır xəsarətlər alan velosipedçi xəstəxanada vəfat edib.

Faktla bağlı Ağdaş RPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası