Ucnoqta.az
www.ucnoqta.az

Astarada 3 nəfər bıçaqlanıb

17:02 - 19 Noyabr 2024 tarixində dərc olunub.

Astarada bıçaqlanma hadisəsi baş verib.

APA-nın verdiyi məlumata görə, rayon ərazisində 3 nəfərin bıçaqlandığı bildirilir. Məlumata görə, onlardan ikisi qardaşdır. Xəsarət alanlardan biri Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb və əməliyyata götürülüb. Digər iki nəfər Astara rayon mərkəzi xəstəxanasına aparılıb.

Fakt araşdırılır.

Müəllif: Ucnoqta.az redaksiyası