Ucnoqta.az
www.ucnoqta.az

Xaçmazda 67 yaşlı kişi dəm qazından boğulub

09:47 - 19 Noyabr 2024 tarixində dərc olunub.

Xaçmazda sakini dəm qazından boğulub.

"Report"un məlumatına görə, hadisə şəhərin M.Rəsulzadə küçəsində baş verib.

Belə ki, 67 yaşlı Təvəkkül Qurbanov yaşadığı evin hamam otağında dəm qazından boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası