Ucnoqta.az
www.ucnoqta.az

"Hizbullah" İsrailin kəşfiyyat PUA-nı vurub

09:33 - 19 Noyabr 2024 tarixində dərc olunub.

“Hizbullah” bölmələri Livan-İsrail sərhədində İsrail Müdafiə Qüvvələrinə məxsus kəşfiyyat pilotsuz təyyarəsini vurub.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb.

Məlumata görə, Hermes 450 pilotsuz təyyarəsi Livanın cənubundakı Ət-Taybə kəndi yaxınlığında raketlə vurulub.

Müəllif: Ucnoqta.az redaksiyası